Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın daha bir institutu fiber-optik kabel vasitəsilə “AzScienceNet”ə qoşulub


Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) Aşqarlar Kimyası İnstitutunun lokal kompüter şəbəkəsi yenidən qurularaq fiber-optik kabel vasitəsilə “AzScienceNet”  elm kompüter şəbəkəsinin qovşağına qoşulub.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, bununla da həmin institutun əməkdaşları “AzScienceNet”in resurs və xidmətlərindən (Cloud Computing) tam istifadə və yüksəksürətli internetə çıxış imkanı ilə təmin olunublar.

Qeyd edək ki, artıq AMEA-nın 34 institutundan 30-u fiber-optik kabel vasitəsilə “AzScienceNet” şəbəkəsinə qoşulub. AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Dendrologiya İnstitutunun yaxın zamanda bu şəbəkəyə qoşulması nəzərdə tutulur.

CAHANGİR




15/10/14    Çap et