Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Teleradio” Şəkidə yayım stansiyasını abadlaşdırır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi Teleradio İstehsalat Birliyi “Kompass” şirkəti ilə müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə “Teleradio” İstehsalat Birliyinin Mərkəzi radio-televiziya yayımı filialının Şəki rayonu Təpəcənnət Radio-televiziya yayımı stansiyasının 30, 15, 9 m-lik qüllələrinin pasdan təmizlənməsi və rənglənməsini nəzərdə tutur.
 
Teleradionun “Kompass” şirkəti ilə imzaladığı müqavilənin ümumi dəyəri 7361,55 manat təşkil edir.
 
Aynur Vəliyeva
 




17/10/14    Çap et