Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “iPhone 6” üçün “Skype”ın yeni versiyasını təqdim edib


“Microsoft” şirkəti “Skype 5.6”-nın  “iPhone 6” və “iPhone 6 Plus”u dəstəkləyən relizini anons edib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, hər iki smartfon müxtəlif ölçülərə malikdirlər, müvafiq olaraq 1334x750 piksel və 1920x1080 pikseldir, buna görə də tərtibatçılar vahid həll yaratmaq üzərində çox çalışıblar.
 
“iOS” üçün “Skype”  həmişəki kimi “iPhone 4”-dü və köhnə “iPad”ı dəstəkləyir. Lakin bu il yeni “iPhone 6” buraxıldıqdan sonra komanda yeni iki qurğu üçün əlavəni optimallaşdırmaq tələb olduğu ilə bağlı qərara gəlib.
 
Bu, artıq “Skype”ın yaxşılaşdırılmış və yenilənmiş “iOS 8”-i nəzərə almaqla buraxılmış ikinci relizidir, belə ki, bu versiyada istifadəçilərin şikayət etdiyi səhvlər düzəldilib.
 
“Skype” hazırda  “Apple” şirkətinin bütün aktual smartfonlarının ölçülərini dəstəkləyir, yəni həm “iPhone 4”-də həm də “iPhone 6 Plus”da əsas versiya kimi görünür.
 
Aynur Vəliyeva
 




17/10/14    Çap et