Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ödəmələri onlayn şəkildə həyata keçirənlərə sərfəli təklif


Azərbaycanda internet istifadəçilərinin sayının artması və eləcə də əhali tərəfindən həyata keçirilən ödəmələrin onlayn qaydada reallaşdırılmasına üstünlük verilməsi ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin də bu istiqamətdə addımlar atmasına səbəb olub.

Ona görə də “Atəşgah” sığorta şirkəti onlayn xidmətlər portalı olan “Hesab.az” istifadəçiləri üçün növbəti sərfəli təklif hazırlayıb.
 
 Şirkətdən “ICTnews” elektron xəbər xidmətinə bildirilib ki, adıçəkilən portalda qeydiyyatdan keçmiş hər bir müştəri “Atəşgah”dan müəyyən sığorta məhsulu əldə edərkən məbləğin dəyərinin bir hissəsini qazandığı bonuslar hesabına ödəyə bilər.
Bundan əlavə, portal vasitəsilə icbari və “icbari+” sığortasını birgə sifariş edən hər bir müştəri “Hesab.az”-dan 20 min bonus hədiyyə qazanacaq.
 
 
“Hesab.az” portalı vasitəsilə müştərilər “Atəşgah”dan icbari avtomobil, “icbari+” və səyahət sığortası əldə edəcəklər. Sığorta şəhadətnaməsi “Atəşgah” şirkəti tərəfindən 24 saat ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılacaq.
 
 
SEYMUR




20/10/14    Çap et