Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyası “Apple Pay” ödəmə sistemini işə salıb


"Apple" şirkəti "Apple Pay" ödəmə sistemini işə salıb. Sözügedən sistem "iOS" platforması üçün yeni böyük yeniləmə (8.1) ilə birgə əlçatan olub.

"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, "Apple Pay" ödəmə sistemi "iPhone 6", "iPhone 6 Plus", "iPad Air 2" və "iPad mini 3" qurğularının istifadəçilərinə "Touch ID"-in köməyi ilə bir sıra tətbiqlərdə alış-verişə imkan verir. Bu halda kredit kartının məlumatlarını daxil etməyə ehtiyac olmayacaq: yalnız bir dəfə onun şəklini çəkmək kifayətdir. Bundan başqa, istifadəçilər smartfonu xüsusi riderə qoşmaqla bir sıra mağazalarda alış-veriş edə biləcəklər.

Qeyd edək ki, "Apple Pay" ödəmə sistemi ilk öncə yalnız ABŞ-da əlçatan olacaq, 2015-ci ildə başqa ölkələrdə də tətbiq olunmağa başlayacaq. "Apple Pay" ödəmə sistemini dəstəkləyəcək tətbiqlərə "Airbnb", "Uber", "Groupon" və başqalarını nümunə göstərmək olar.

Emil Hüseynov




21/10/14    Çap et