Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” yeni domenlərdə ikihərfli sayt adlarının qeydiyyatına icazə verib


“Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyasının Direktorlar Şurası yüksəksəviyyəli yeni domenlərdə ikihərfli domen adlarının qeydiyyatına qoyulan qadağanın ləğvinə səs verib.
 
Qüvvədə olan qaydalara əsasən, yeni domen zonalarında (məsələn, .deti, .rus, .nyc, .website) iki hərfdən ibarət adların ikihərfli milli domenlərlə (.ru, .ua, .uk və s.) səhv salına bilinməsi səbəbindən qeydiyyata alınması qadağandır.   
 
Hökumət Məşvərətçi Şurası (GAC) son nəticədə belə oxşarlığın ciddi anlaşılmazlıqlara gətirib çıxarmayacağı barədə qərara gəlsə də, korporasiyanın onu yeni domenlərdə ikihərfli adların qeydiyyatdan keçməsi üçün daxil olan bütün sorğular barədə məlumatlandırmasına təkid edib.
 
“ICANN”-ın tapşırığına görə, hazırda bazara yüksəksəviyyəli yeni domenlərdə ikihərfli sayt adlarının çıxarılması və tətbiqi sistemi hazırlanır.  
 
“.com” və ya “.net” kimi köhnə domenlərdə, eləcə də milli domenlərdə ikihərfli sayt adlarını qeydiyyatdan keçirmək mümkündür, - “Lenta ” yazır.




22/10/14    Çap et