Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkəti “bulud” bərpa xidmətini təkmilləşdirib


“HP” şirkəti  baş verə biləcək  qəzadan sonra (disaster-recovery-as-a-service, DRaaS) “HP Helion Continuity Service” “bulud” bərpa xidmətini təkmilləşdirib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yenilənmiş servis məlumatların qəzadan sonra bərpası müddətini 90% azaltmağa, 95% məlumat itkisinin qarşısını almağa və 15-50% pul vəsaitlərinə qənaət etməyə imkan verir.
 
İT infrastrukturun və sifarişçinin məlumatlarının tam bərpası vaxtı (RTO) 1-4 saat təşkil edir.
Proqram məlumatların sürətli ehtiyata saxlanmasını və xidmət paketi alındıqdan iki gün ərzində hazırlıq vəziyyətinə çatdırılmasını nəzərdə tutur.
 
“HP Helion Continuity Service” sifarişçinin özəl “bulud”unda, ənənəvi hostinqdə və ya “HP”-nin idarəedilən virtual özəl “bulud”unda həll edilən tapşırıqlarını mühafizə edir.
 
Bundan öncəki variantda servis fiziki və virtual “Windows”-serverləri, klasterləri və “Linux” üçün serverləri dəstəkləyirdi.
 
 İndi isə seçim çoxalıb – artıq “Red Hat Enterprise Linux” klaster variantı, “Oracle Real Application Clusters” texnologiyası və saxlama şəbəkələri dəstəklənir. Hazırda bərpa zamanı və real rejim vaxtında tirajlama tələb edən əlavələr üçün ayrılmış hipervizor sifarişi üçün mühafizə tutumlarının ehtiyatlama imkanı var.
 
“HP” şirkəti “DRaaS” servisinin hazırlıq səviyyəsini artırmaq üçün   təqdim edildiyi  məlumat emalı mərkəzlərinin sayını artırıb.
 
Yeni məlumat emalı mərkəzləri ABŞ-da açılıb ki, hökumət şirkətin məlumatlarını, hətta onlar xaricdə saxlanırlarsa belə, tələb edə bilməyi nəzərdə tutan, terrorçuluqla mübarizə qanununa uyğunluq təmin edilsin.
 
Aynur Vəliyeva




24/10/14    Çap et