Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yelizaveta II birincilik “tvit”ini göndərib


Britaniya kraliçası Yelizaveta II London Elm Muzeyində yeni qalereyanın açılışında “Twitter” mikrobloqlar xidmətində birinci “tvit”ini göndərib.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, planşet kompüterdən göndərilmiş tvitdə deyilir ki, kraliça rabitə və informatikanın tarixinə həsr edilmiş yeni qalereyanın açılışından şaddır və ümid edir ki, insanlar məmnuniyyətlə bu məkanı ziyarət edəcəklər.

88 yaşlı Yelizaveta II tvitin göndərilməsi üçün “@British Monarchy” hesabından istifadə edib.
Tvit min dəfələrlə retvit edilib.

Emil Hüseynov
 
 




25/10/14    Çap et