Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn xidmətlər portalına yeni şirkət qoşulub


“CityNet” internet provayderi “Hesab.az” portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq “CityNet” abunəçiləri “Hesab.az” saytı vasitəsi ilə abunə haqlarını ödəyə biləcəklər.
 
 “GoldenPay” ödəmə texnologiyaları ilə çalışan portala ümumilikdə 300-dən çox Azərbaycan şirkəti qoşulub.
 
Portal vasitəsi ilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların,  kabel televiziyaların ödənişlərini həyata keçirə bilərlər.
 
Hazırda 137 minə yaxın istifadəçisi olan portalda lizinq və bank kreditlərinin ödənişi,  kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir.
 
CAHANGİR




29/10/14    Çap et