Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası 2015-ci ildə “Office 16” ofis paketini buraxacaq


"Microsoft" korporasiyası 2015-ci ilin ikinci yarısında "Office 16" ofis paketinin növbəti versiyasını buraxacaq. Bu haqda "Microsoft"un "Office" və "Office 365" paketinin marketinqi üzrə baş meneceri Culiya Vayta istinadən "ZDNet" resursu yazıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Tech Ed Barcelona" sərgisində Vayt deyib ki, "Office 365" "bulud" versiyasının mövcudluğuna baxmayaraq, şirkət masaüstü versiyanın buraxılışına davam edəcək. Nəşr belə hesab edir ki, o vaxt artıq əlçatan olacaq "Office 365" "bulud" versiyasının bütün yenilikləri "Office 16" paketinə daxil ediləcək.

Mövcud "Office 2013" masaüstü versiyası və "Office 365" "bulud" versiyası arasında ödəniş modelində prinsipial fərq var. İstifadəçi avtonom versiya üçün bir dəfə ödəniş edir. "Bulud" versiya isə istifadəçiyə kirayəyə verilir və o, hər il onun haqqını ödəməlidir, amma fərdi computer və smartfonlar daxil olmaqla beş qurğuya quraşdıra bilər.

2015-ci ilin əvvəlində "Apple" kompüterləri üçün ofis paketinin yeni versiyası gözlənilir.

Emil Hüseynov




30/10/14    Çap et