Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Moskvada RRB-nin növbəti iclası keçiriləcək


Rusiyanın paytaxtı Moskva şəhərində Regional Rabitə Birliyinin (RRB) Poçt rabitəsi üzrə komissiyasının və Poçt rabitəsi operatorlar şurasının birgə iclası keçiriləcək.
 
Gələn ayın 18-20-si tarixlərində düzənlənəcək iclasda bir sıra beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlər müzakirə ediləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
 
 O bildirib ki, RRB-nin aktiv üzvlərindən olan Azərbaycanın da iştirak edəcəyi tədbirdə poçtun yeni fəaliyyət istiqamətləri üzrə  fikir mübadiləsi aparılacaq. Onun sözlərinə görə, iclasda poçtun maliyyə xidmətləri, elektron xidmətlərin təşkili, Böyük Vətən müharibəsinin 70 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlər, yubileyə hazırlıq prosesi və digər məsələlər əsas müzakirə edilən mövzulardan olacaq:
 
 “Onu da bildirim ki, bu iclasdan əvvəl RRB-nin “elektron ticarət” mövzusunda seminarı təşkil olunacaq. Seminarda RRB ölkələri ilə yanaşı, Avropanın bu sahədə tanınmış mütəxəssisləri iştirak edəcək və mühazirələrini oxuyacaq”.
 
 
Qeyd edək ki, sözügedən tədbirlərdə Azərbaycanı N.Məmmədov özü təmsil edəcək.
 
SEYMUR




30/10/14    Çap et