Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İspaniyada “Google” şirkətinə vergi tətbiq edilib


“Associated Press” agentliyi yazır ki, İspaniya parlamenti ödəniş tətbiqini nəzərdə tutan qanun layihəsini təqdir edib. Belə ki “Google News” xəbər aqreqatorları xəbər süjetlərinin formalaşmasında məqalələrdən istifadəyə görə qəzet və informasiya agentliklərinə ödəniş edəcəklər.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, yeni qanun layihəsi 1 yanvar 2015-ci il tarixindən qüvvəyə minir. Bu halda, nəşrin “Google”dan alacağı ödəniş hələ ki təyin olunmayıb.

Qanun layihəsinin tətbiqinə lobbiçilik etmiş İspaniyanın “AEDE” assosiasiyası ətraflı məlumat verməkdən imtina edib.


“Google”un ispan bölməsindən bildirilib ki, şirkət parlamentin qərarından məyus olub.

Emil Hüseynov




31/10/14    Çap et