Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” “İLK” adlı brend smartfonunu təqdim edir


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti böyük məmnuniyyətlə özünün “İLK” adlı  brend smartfonunu  təqdim edir.

Müasir smartfonların bütün xüsusiyyətlərinə malik və münasib qiymətə olan “İLK” smartfonu mobil telefon istifadəçisindən smartfon istifadəçisinə çevrilən “Bakcell” abunəçiləri üçün unikal seçimdir. Cəmi 79 AZN qiymətində olan bu smartfon xüsusilə smartfon istifadəsinə yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub və sahiblərinə mükəmməl smartfon təcrübəsini təmin edir.

“İLK” smartfonu “Android” əməliyyat sistemində işləyir, gözoxşayan dizayna və yeni smartfon istifadəçisinin tələblərinə cavab verən aşağıdakı texniki xüsusiyyətlərə malikdir:
Sadəcə, 79 AZN ödəməklə abunəçilər yuxarıdakı üstünlüklərə malik mükəmməl cihazla yanaşı, 6 ay ərzində bonus şəklində hər ay 1GB internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun “IMEI” kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonra abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 AZN yükləməlidir. “İLK” smartfonunu “Bakcell” rəsmi dilerlərindən və bir sıra tərəfdaş dükanlardan əldə etmək  mümkündür. “İLK” smartfonu yalnız “Bakcell” nömrəsi ilə istifadə oluna bilər.
“İLK” smartfonu barədə əlavə məlumat almaq üçün link:

Ötən il “Bakcell” şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013-2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Təxminən 1 ay öncə isə “Bakcell” daha qabaqcıl smartfon istifadəçiləri üçün Azərbaycan bazarına “ALOV”-u çıxarıb və çox qısa müddət ərzində bu smartfonlar bazarda özünəməxsus yer tutub. 
 “3G  İnternet” brendini və ən yaxşı mobil məlumat ötürməsi funksiyasını özündə cəmləşdirən “Bakcell” smartfonları cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı, zərif görünüş və toxunuşa malikdir. “İLK” smartfonları barədə hazırlanmış reklam çarxına baxmaq üçün link:

RƏVAN




31/10/14    Çap et