Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada kibercinayətkarlıq halları artıb


Almaniyanın 10 firmasından 9-u öz kompüter şəbəkələrinə kənardan müdaxilə cəhdlərini qeydə alır. 2013-cü ildə kibercinayətkarlar tərəfindən dünya biznesinə vurulmuş zərərin həcmi 500 milyon dolları ötür.

Kompüter sistemlərində qeydə alınan boşluqlar həm sahibkarlar, həm də dövlət strukturları üçün böyük problem yaradır. Bu məsələ Bonn şəhərində keçirilmiş "Kompüter təhlükəsizliyi məsələləri sammiti"ndə müzakirə olunub.
 
Konfransda çıxış edən "Deutsche Telekom" konserninin idarə heyətinin sədri Timoteus Хötges bildirib ki, məlumat və rəqəmli infrastrukturun təhlükəsizliyinə təhdid ildən-ilə artır.
 
Timoteus deyib ki, konsernin mütəxəssisləri gündəlik öz şəbəkələrində 1 milyon kiberhücum qeydə alır.
 
Bu kimi təhdidləri nəzərə alan sammit iştirakçıları məlumatların mühafizəsi üzrə yeni qaydaların hazırlanması, həmçinin Avropa İttifaqı və ABŞ arasında müvafiq sazişin bağlanması zərurətini qeyd ediblər, "İnternetua- www.internetua com" yazır.
 
Emil Hüseynov




04/11/14    Çap et