Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təsərrüfat əməliyyatlarını avtomatlaşdırır


Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təsərrüfat əməliyyatlarını avtomatlaşdırır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihə çərçivəsində təsərrüfat əməliyyatlarının avtomatlaşdırılması ilə yanaşı, proqram təminatının alınması, quraşdırılması, uyğunlaşdırılması, nizamlanması və işçi heyətinə yeni proqram təminatı ilə işləməyin öyrədilməsi nəzərdə tutulub.
 
Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı proqram təminatının təchizatçısının müəyyənləşdirilməsi istiqamətində işlər aparır və bu ilin sonuna kimi artıq təsərrüfat əməliyyatlarının avtomatlaşdırılması işlərinə başlamağı nəzərdə tutur.
 
Aynur Vəliyeva




04/11/14    Çap et