Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” ikiqat bonus kampaniyasına start verir


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti növbəti dəfə ikiqat bonus kampaniyasına start verir.
 
2014-cü il 1 noyabr tarixindən 31 yanvar 2015-ci il tarixinə kimi keçiriləcək kampaniya “CİN” abunəçilərinə ikiqat bonuslar qazandıracaq.
 
Kampaniyaya qoşulmaq üçün “CİN” abunəçiləri “*” yazıb 5522 qısa nömrəsinə pulsuz SMS yollayır. Bundan sonra abunəçiyə bir ay ərzində istifadə etdiyi balansa uyğun olaraq bonus təklif olunur. İkiqat bonus əldə etmək üçün abunəçi 1 yazıb 5522 qısa nömrəsinə göndərməlidir.
 
Abunəçilər əldə etdikləri bonusları 7 gün ərzində ölkədaxili zənglər və SMS və MMS-lərə sərf edə bilərlər.
 
Kampaniya haqqında əlavə məlumat almaq üçün 5522 qısa nömrəsinə boş mesaj göndərin və yaxud bu linkdən istifadə edin:
 

 
RƏVAN
 




04/11/14    Çap et