Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti növbəti “Android” smartfonu üzərində işləyir


İnternetdə “Nokia” şirkətinin “Android” smartfonları bazarına yeni “hücum”a hazırlaşdığı haqda şayiələr yayılır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu yaxınlarda Çində olan məlumatlı mənbə də şayiələri təsdiqlədi. Belə ki, vaxtilə smartfon “N9”-u yaradan fin şirkətinin tərtibatçıları hazırda “Android” platforması üzərində işləyən smartfonun yaradılması ilə məşğuldurlar.
 
Ekspertlər hələ ki, ehtimal edirlər ki, yeni modeldə qabaqcıl həll tətbiq ediləcək, bu isə onun yeni funksionala malik olacağına ümid etməyə imkan verir. Lakin   hələ də məlum deyil ki, yeni smartfon hansı adla satışa çıxarılacaq. Çünki “Microsoft” şirkəti “Nokia” brendinə hüquqları 10 illik müddətə alıb.
 
 
Aynur Vəliyeva




04/11/14    Çap et