Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planetin bütün sakinləri üçün ödənişsiz internet yaradılacaq


“Outernet” – senzurasız və peyk sistemi vasitəsilə planetin bütün sakinlərinə ödənişsiz əlçatan olacaq “təmiz” internet yaratmaq cəhdidir.
 
“Təmiz” dedikdə o nəzərdə tutulur ki, “Auternet”in məzmunu yalnız vacib informasiya, xəbərlər və dərsliklərdən ibarət olacaq. Bu, peyk vasitəsilə məlumatların ötürülməsinin yüksək qiyməti ilə bağlıdır. “Auternet”, demək olar ki, birtərəfli radiodur. Yalnız radio dalğalarının əvəzinə rəqəmli informasiya yayılacaq.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, əslində “Auternet”in strukturunu anlamaq hələ ki çətindir. Onu eyni zamanda həm təhsil vəsaitlərinin mənbəyi, həm də xəbərlərin yayılması üçün vasitə kimi istifadə etmək istəyirlər.
 

 
“Auternet”in məzmununu senzuradan keçirmək mümkün deyil. Bütün məlumatlar peyklərdən ötürülür və xüsusi qurğunun köməyi ilə yüklənə bilər. Qurğu məlumatları peykdən qəbul edir və bundan sonra yerli miqyasda onu “Wi-Fi” texnologiyasının köməyi ilə yenidən yayımlayır.
 
“Auternet” təbii fəlakətlər, hərbi münaqişələr, mühüm hadisələr və s. haqda informasiyanın yayılması üçün mükəmməldir. “Auternet”, hətta elektrik olmadıqda işini davam etdirəcək.
 
Təhsil mövzusuna gəldikdə, “Auternet” böyük sayda dərsliklərə giriş imkanı yaradacaq. Dərsliklər diqqətlə seçiləcək, çünki “Auternetom”la birtərəfli əlaqə yüklənən faylların seçim imkanını nəzərdə tutmur və bütün kitabxananın ölçüsü kiçik olmalıdır. Hazırda “Auternet” gündə təxminən 200 MB tutumunda məlumat yayımlaya bilər.
 
Emil Hüseynov
 




05/11/14    Çap et