Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlib


İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Bakıya işgüzar səfəri başlayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, nazir ikigünlük səfər zamanı iki ölkə arasında imzalanması nəzərdə tutulan sənədlərin və protokolların hazırlanması ilə bağlı bir sıra görüşlər keçirmək niyyətindədir.
 
Səfər İranın prezidenti Həsən Ruhaninin Bakıya gəlişi ərəfəsində hazırlıq işlərinin görülməsi məqsədi daşıyır.

Qeyd edək ki, Həsən Ruhaninin Azərbaycana səfər zamanı İran prezidentinin 10 sənəd imzalayacağı gözlənilir.
 
Aynur Vəliyeva




06/11/14    Çap et