Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzScienceNet” Elm-kompüter şəbəkəsi “Cloud Computing” xidmətini təqdim edir


Böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün artıq “AzScienceNet” Elm-kompüter şəbəkəsinin təqdim etdiyi  “Cloud Computing” xidmətindən yararlanmaq olar.

Şəbəkədə istifadəyə verilmiş “Cloud Computing” (“AzScienceCloud”) xidməti sözügedən məsələlərin ən qısa zamanda həlli üçün virtual hesablama maşınlarını təqdim edir. “AzCloud” “infrastructure as a service” modeli əsasında, “IBM SmartCloud Provisioning” proqram təminatının bazasında qurulub.
 
“Cloud Computing”-in dəstəklədiyi əməliyyat sistemlərinə gəlincə, buraya “Red Hat Enterprise Linux server v6.2” (64 bit); “CentOS 5.5” (64 bit); “Windows Server 2008 R2 Standard edition” (64 bit); “Windows 7 Professional” (64 bit) daxildir.
 
 
Qeyd edək ki, xidmət Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarının əməkdaşları üçün ödənişsizdir. 
 



Həqiqət İSABALAYEVA




06/11/14    Çap et