Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” və “iOS” üçün “WhatsApp”da oxunmuş mesajlar indikatoru əlçatan olub



Cari ilin əvvəlindən "Facebook" şirkəti "WhatsApp" messencerini satın alandan sonra bir çox yeniliklər edib. İndi "Android" və "iOS" üçün "WhatsApp" messenceri ünvan sahibi  tərəfindən oxunmuş mesajları mavi rəngli iki nişanla işıqlandırır.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "WhatsApp" messencerində göndərilmiş mesajları müşayiət edən nişanlar mesajın çatdırılmasını xəbər verən vacib indikatordur.

Belə ki, bir yaşıl nişan bildirir ki, mesaj "WhatsApp" serverinə uğurla çatdırılıb, iki nişan isə mesajın ünvan sahibinin telefonuna çatdığını göstərir.

Bir çox istifadəçilər səhvən hesab edirdilər ki, iki yaşıl nişan onların mesajının oxunduğunu göstərir. Qəribə də olsa, amma bu funksionallıq yalnız indi əlçatan olub.
 
Emil Hüseynov
 





07/11/14    Çap et