Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Populyar messencerlər təhlükəsizlik testində yaxşı nəticə göstərməyib


“Electronic Frontier Foundation” (EFF) təşkilatı ani mesajlarla mübadilə üçün tətbiqlərin auditini keçirərək aydınlaşdırıb ki, onların yalnız kiçik bir hissəsi təhlükəsizliyin təmin olunması üçün minimal tələblərə cavab verir.

“Apple iMessage”, “Google Hangouts” və “Facebook Messenger” daxil olmaqla, bir çox populyar messencerlərdə ikitərəfli şifrləmə (end-to-end) sistemi yoxdur.
 
Belə olan halda, yazışma internet-provayder daxil olmaqla, üçüncü şəxs tərəfindən oxunula bilər. “QQ”, “Mixit” və “Yahoo Messenger”in masaüstü versiyası ümumiyyətlə heç bir şifrləmə təklif etmir.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “EFF” ümumilikdə 39 məhsulu araşdırıb. Onların təhlükəsizliyini qiymətləndirən tədqiqatçılar şifrləmə sistemləri, müstəqil audit kodu, açarların oğurlanması halında köhnə yazışmanı ələ keçirmə imkanı və s. kimi amilləri əsas götürüblər.
 
Yoxlamaların nəticəsinə görə, “iMessage” və “FaceTime” populyar və əlçatan messencerlər arasında ən etibarlı olublar.
 
Bütün parametrlər üzrə ən təhlükəsiz messencerlər aşağıdakılardır: “ChatSecure”, “Cryptocat”, “Signal/Redphone”, “Silent Phone” və “Silent Text”, həmçinin “TextSecure”. Amma bu messencerlər internet istifadəçiləri arasında çox populyar deyillər.
 
Emil Hüseynov




07/11/14    Çap et