Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram”da fotolara şərhləri dəyişdirmək imkanı əlçatan olub


“Instagram” xidmətinin istifadəçiləri fotoşəkil və qısamüddətli videoçarxların dərcindən sonra onlara yazılmış şərhləri redaktə etmək imkanı əldə ediblər. Bu haqda “Instagram” rəsmi bloqunda yazılıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bundan əvvəl fotoşəkillərə yazılan ilkin şərhlərdə səhvə yol vermiş istifadəçilər onu dəyişmək və ya silmək üçün fotoşəkil və ya videoçarxı silərək yenidən yükləmək məcburiyyətində olublar.
 
"Şərhlərin redaktəsi “Instagram” cəmiyyəti tərəfindən ən çox tələb edilən funksiyalardan biri olub. Siz fotoşəkillərin alt hissəsində “Redaktə etmək” adlı yeni funksiyanı tapa bilərsiniz" – “Instagram” xidmətindən bildirilib.
 
Hazırda “Instagram” xidmətinin auditoriyası 200 milyon istifadəçi təşkil edir.
 
Emil Hüseynov




11/11/14    Çap et