Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Metropoliteni kompüter parkını yeniləyir


Bakı Metropoliteni  Qapalı Səhmdar Cəmiyyəti kompüter parkını yeniləmək məqsədi ilə müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Bakı Metropoliteni QSC və “ADT Comp Group MMC”  kompüter avadanlığının satınalınması ilə bağlı müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 17040,38 manat təşkil edib.
“ADT COMP GROUP” ümumi ofis servisləri, ofis avadanlıqları, kompüter proqram təminatının hazırlanması, şəbəkələrin yaradılması xidmətlərini göstərir.
 
 Şirkət avadanlıqların təchizatı ilə yanaşı, sifarişçiyə sərfəli qiymətlə ona daha uyğun gələn kompüter avadanlıqları komplektinin alınması ilə bağlı məsləhətlər verir.
 
Aynur Vəliyeva




13/11/14    Çap et