Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il Bakıda keçiriləcək Avropa oyunlarını “Motorola Solutions” şirkəti dəstəkləyəcək


Bakıda keçiriləcək Avropa oyunlarının əməliyyat komitəsi (BEGOC) “Motorola Solutions” şirkəti ilə rəsmi dəstək haqda saziş imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, saziş çərçivəsində “Motorola Solutions” şirkəti “Bakı-2015” Avropa oyunlarının  kommunikasiya sistemlərinin və koordinasiyasının effektiv və problemsiz işini təmin etmək üçün  rəqəmli simsiz radioyayım həlləri ilə təchiz edəcək.

Xatırladaq ki, Birinci Avropa Oyunları Bakıda gələn il 12-28 iyun tarixlərində keçiriləcək.  Oyunlar 20 müxtəlif idman növlərini, o cümlədən 16 olimpiya idman növünü əhatə edəcək.
 
Aynur Vəliyeva




14/11/14    Çap et