Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İT sektorunda startup hərəkatı inkişaf edir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ölkənin İT sektorunda startup hərəkatının inkişaf etdiyini bildirir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Fondun direktoru Elçin Zeynalov Bakıda “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusunda keçirilən konfransda bu prosesin son zamanlar daha çox müşahidə olunduğunu qeyd edib.
 
“Lakin bizim əsas məqsədimiz ideya üstəgəl maliyyə vəsaiti düsturunun nəticəsində biznesin yaradılmasıdır və bu baş vermədikdə bizim səylərimiz özünü doğrultmayacaq. İT sektorunda startup hərəkatının inkişafı artıq özünü büruzə verir. Bu yaxınlarda Xəzər Universitetində artıq bu istiqamətdə işə başlanıb. Bundan başqa, Azərbaycan İqtisad Universitetində biznes inkubator fəaliyyətə başlayıb və burada universitetin tələbələrinə öz ideyalarının üzərində işləməyə imkan yaradılıb. Hazırda informasiya texnologiyaları iqtisadiyyatın istənilən sahəsində də istifadə edilir, hətta kənd təsərrüfatında belə istilik sistemlərinin idarəedilməsi üçün xüsusi proqram təminatlarından istifadə edilir. Buna görə də ideyaları reallaşdırılacaq sahələr müxtəlifdir və hesab edirəm ki, yaxın zamanda bizim fəaliyyətimiz öz bəhrələrini verməyə başlayacaq”,- deyə E. Zeynalov bildirib.
 
Aynur Vəliyeva
 




14/11/14    Çap et