Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk mikroprosessor təqdim olunub


"Intel" korporasiyası 1971-ci il noyabrın 15-də "4004" adlı birinci mikroprosessorunu istifadəyə verib.
Şirkət yeniliyi təqdim etməklə mikroelektronika sahəsində yeni eranın başlanğıcını qoyub. Doğrudan da bu, şirkətlərin satın ala biləcəyi ilk birkristallı mikroprosessor olub.

Məlumat üçün bildirim ki, "4004" modelindən bir il əvvəl "F14 CADC" adlı hərbi mikroprosessor hazırlanıb. Lakin onun mövcudluğu 1998-ci ilədək məxfi saxlanılıb.

Emil Hüseynov





15/11/14    Çap et