Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron məktəb üçün elektron müəllim” təlim kursunu bitirən müdavimlərə sertifikatlar təqdim olunacaq


Azərbaycan Respublikasının pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri üçün nəzərdə tutulan "Elektron məktəb üçün elektron müəllim" təlim kursunu bitirən müdavimlərə Təhsil Problemləri İnstitutunda (TPİ) (kurs keçirilən binada) sertifikatların təqdim olunması mərasimi keçiriləcək. TPİ-dən bildirilib ki, noyabr ayının 17-si saat 11:00-də baş tutacaq tədbirə yalnız kursun müdavimləri dəvətlidir.

 

Qeyd edək ki, sözügedən kurslarda elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır.

 

Həqiqət İSABALAYEVA






15/11/14    Çap et