Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” şirkəti “ağıllı” brelok təqdim edib


“Motorola Mobility” (indi Çinin “Lenovo” şirkətinə məxsusdur) şirkəti qeyri-adi cihaz (Keylink) təqdim edib. Qurğu istifadəçiyə öz açarlarını və ya smartfonu tez tapmağa imkan verir. Bu qurğu fikri dağınıq istifadəçilərə vacib əşyaların olduğu yerə nəzarət etməkdə kömək etməlidir.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Keylink” qurğusu “iOS” və “Android” platforması ilə işləyən smartfonlarla uyğundur. Bu platformalarda işləyən xüsusi tətbiq yaradılıb. Brelokdakı düyməyə sıxdıqda tətbiqin köməyi ilə telefon səs siqnalı çalır. Əgər tətbiqdəki müvafiq düyməyə sıxsaq, brelokda səs siqnalı aktivləşir.
 
Qurğular “Bluetooth” modulu üzrə qoşulur və müvafiq olaraq axtarış uzaqlığı bir neçə metr təşkil edir. Belə sadə brelokun qiyməti 25 dollardır.
 
Emil Hüseynov
 

 
 




21/11/14    Çap et