Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron siqaretlər kompüterləri virusa yoluxdura bilər


“Reddit” istifadəçisinin xəbərinə istinadən “The Guardian” nəşri yazıb ki, elektron siqaretlərdən istifadə nəticəsində kompüter virusa yoluxa bilər.

Nəşr yazır ki, elektron siqaret sahibləri əksər hallarda qurğunu bir çox başqa cihazların qoşulması üçün istifadə olunan kompüterin USB portu vasitəsilə enerji ilə doldururlar və USB çiplər yenidən proqramlaşdırıla bilər.

"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Reddit” istifadəçilərindən biri deyib ki, böyük şirkətin top-meneceri məlumat sızmasından zərər çəkib. Uzun müddət kiberhücumun edildiyi zərərli proqramın mənbəyi tapılmayıb. Sonradan məlum olub ki, zərər çəkmiş yaxın vaxtlarda siqarəti tərgidərək elektron siqaretdən istifadəyə keçib və onu kompüterin USB portu vasitəsilə enerji ilə doldurub.

“TrendMicro” şirkətində təhlükəsizlik konsultantı Rik Ferqüson bu hadisəni tamamilə həqiqətə uyğun adlandırıb.

"Zərərli proqramlar elektron fotoçərçivə, musiqi pleyerləri və başqa cihazlar vasitəsilə ötürülür" – Rik deyib.

Emil Hüseynov




24/11/14    Çap et