Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Danimarka paytaxtında hüquq pozuntuları haqqında anonim məlumatlandırma sistemi tətbiq edilib


Kopenhagen bələdiyyə hakimiyyəti şəhərdə sınaq şəklində tətbiq edilən anonim məlumatlandırma sisteminin səmərə verməsini açıqlayıb.
 
Son iki ildə fəaliyyət göstərən sistem vətəndaşları şəhər meriyasına onlara şübhəli görünən bütün hadisələr haqqında məlumat verməyə sövq edir. İctimai məlumatverən bunu telefon, məktub və ya internetlə etməklə anonim qala bilər.
 
İki il ərzində naməlum məlumatverənlərdən problemlərlə bağlı 84 məlumat daxil olub ki, bunun da üçdə iki hissəsi qeyri-qanuni fəaliyyət və ya ciddi qanun pozuntuları ilə əlaqədar olub. “Bu, heç şübhəsiz, uğurdur, çünki indi bələdiyyə əməkdaşlarının ixtiyarında mövcud problemləri yoluna qoya biləcək informasiya kanalı var, halbuki bunu onlar başqa vasitələrlə əldə edə bilərdilər”, - "ТВ2” telekanalına paytaxt meriyasının nümayəndəsi Yohan Buse deyib. “Təşəbbüs əhali tərəfindən müsbət qarşılanıb, məsələn, həmkarlar ittifaqlarının 81 faizi yeniliyi dəstəkləməsini bildirib”, - o əlavə edib.
 
“Aparılan təhlillərdən məlum olub ki, daxil olan məlumatların bir qismi anonim məlumatlandırma sisteminin dəyişdirilməsi və yaxşılaşdırılmasına aid olub və bu informasiya bələdiyyə rəhbərləri üçün faydalıdır”, - bələdiyyə nümayəndəsi vurğulayıb. Onun sözlərinə görə, meriya vətəndaşların yalan ittihamlardan qorunması məsələsinə xüsusi diqqət yetirir, - “TASS” yazır.




24/11/14    Çap et