Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Foxconn” ekran istehsalı zavodu tikəcək


“Apple” və başqa İT şirkətləri üçün elektronikanın quraşdırılması ilə məşğul olan “Foxconn Technology Group” Tayvanda ekran istehsalı zavodunun tikintisinə təxminən 2,6 milyard dollar sərmayə yatırmağa hazırlaşır. Layihə iki il ərzində reallaşdırılmalıdır.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Innolux”un (“Foxconn”un törəmə şirkəti) nümayəndəsi Sofiya Çen “Bloomberg” agentliyinə deyib ki, fabrikdə yalnız bir müştəri üçün ekran buraxılacaq. Müştərinin adı açıqlanmayıb. Şirkət artıq dekabrda avadanlığın tədarükünü gözləyir, 2015-ci ilin sonunadək isə maye kristal panellərin kütləvi istehsalına başlamaq planlaşdırılır.


Çen bildirib ki, zavod Tayvanın cənub hissəsində tikiləcək. “Innolux” 2300 işçi işə götürəcək.
Təxminlərə görə, adı gizli saxlanılan müştəri “Apple” şirkətidir.

Emil Hüseynov
 
 

 




24/11/14    Çap et