Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçinin gözlərinin hərəkətini izləyən kompüter “maus”u hazırlanıb


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti əlillər üçün kompüter istifadəçisinin gözlərinin hərəkətini izləyən öz yeni həllini – kompüter “maus”unu nümayiş etdirib.

“EYECAN+” adlanan yeni qurğu gözlərin hərəkəti sayəsində mətnləri çap etməyə və bir sıra başqa funksiyaları yerinə yetirməyə imkan verir.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni həll eynək kimi taxılan qurğunun təkmilləşdirilmiş versiyasıdır.

Bu “maus”un köməyi ilə əlil istifadəçilər kursoru ekranda hərəkət etdirə, təsvirlərə baxa, pəncərələri aça və kompüter interfeysinin əlavələri üzrə keçid edə bilərlər.

“Samsung” növbəti il xeyriyyə məqsədi naminə əlillərə 100-dək “EYECAN+” qurğusu hədiyyə etmək fikrindədir. Şirkət bu texnologiya istiqamətinin sonrakı inkişafı üçün vençur şirkətlərin yeni texnologiyalardan istifadəsinə imkan yaradacaq.

Kompüter “maus”unun yeni versiyası 45 dollara satılacaq.

Emil Hüseynov
 




25/11/14    Çap et