Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-də quraşdırılan POS-terminalların sayı 836-ya çatıb


Bu ilin 10 ayı ərzində Naxçıvan Muxtar Respublikasında 600 ədədə yaxın POS-terminal quraşdırılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin Naxçıvan MR-in cari ilin yanvar-oktyabr ayları üzrə sosial-iqtisadi inkişafına dair hesabata istinadən verdiyi məlumata görə, 1 noyabr 2014-cü il tarixə muxtar respublikada POS-terminalların sayı 836-ya çatıb.
 
Bu da 1 yanvar 2014-cü il tarixdəki göstəricidən 588 ədəd çoxdur.
 
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.
 
CAHANGİR

 




25/11/14    Çap et