Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Onecue” qurğusu ev cihazlarını jestlərin köməyi ilə idarə etməyə imkan verəcək


“EyeSight” şirkətinin hazırladığı “Onecue” adlı qurğu müasir rəqəmli ev sahiblərini uzaq məsafədən idarəetmə funksiyasına malik çoxsaylı pultlardan azad edəcək.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, istifadəçilər “Onecue” qurğusunun köməyi ilə ev elektronikasını intuitiv jestlərlə idarə edəcəklər. Məsələn, reklam zamanı televizorun səsini almaq üçün barmağı dodaqlara yaxınlaşdırmaq kifayət edəcək.

“Onecue” yalnız televizorları deyil, həm də başqa qurğuları idarə etməyə imkan verir: televiziya konsollarını, akustik sistemləri, DVD və Blu-Ray pleyerləri, həmçinin "ağıllı" evin bəzi sistemlərini.
“Android” və “iOS” platformaları ilə işləyən smartfonlar üçün əlçatan xüsusi mobil tətbiqin köməyi ilə “Onecue” qurğusunun ilkin iş sazlaması edilir.

Hazırda “eyesight” şirkəti “Onecue” qurğusu üçün ilkin sifarişləri qəbul edir. Ağ, qara, qırmızı və ya göy rəngdə əlçatan olan qurğunun qiyməti 129 ABŞ dolları təşkil edir.

Emil Hüseynov
 





27/11/14    Çap et