Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Dövlət İqtisad Universiteti kompüter və avadanlıqları satın alır



Azərbaycan Dövlət İqtisad Universiteti “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” “Tempus” layihəsi çərçivəsində müvafiq kompüter və avadanlıqların alınması məqsədi ilə kotirovka sorğusu elan edir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə universitetin rəsmi saytında elan yerləşdirilib.
 
Sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər müvafiq sənədlərini təqdim etməlidirlər.
 
Təqdim edilmiş zərflərin açılışı 2014-cü il dekabrın 2-si saat 15:00-da əsas tədris binasında keçiriləcək.
 
CAHANGİR
 




27/11/14    Çap et