Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” şirkəti “Mobil kommunikasiyalara giriş” mövzusunda jurnalistlər üçün treninq keçirib


Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti Qusarda "Mobil kommunikasiyalara giriş" mövzusunda jurnalistlər üçün treninq keçirib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində "Bakcell" şirkətinin mütəxəssisləri "Abunəçilərin bizdən gözlədikləri", "Mobil  telekommunikasiyalar bu gün və sabah", "Əlavə dəyər xidmətləri", "İnternetdə təhlükəsizlik və şəxsi məlumatları qorumaq üçün tövsiyələr", "Mobil tətbiqetmələr. Mobil startaplara dəstək" mövzularında maraqlı məruzələr treninq iştirakçılarına təqdim edilib.
 
"Bakcell" şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova çıxışında bildirib ki, treninqin keçirilməsində əsas məqsəd İKT sahəsini işıqlandıran jurnalistlərin bu sahənin texniki incəlikləri haqda daha məlumatlı olmasını təmin etməkdir.
 
"Biz bir mobil operatoru kimi yeni bir xidmət və ya texnologiya tətbiq etdikdə onun düzgün şəkildə təqdim edilməsində maraqlıyıq. Bunu təmin etmək üçün biz gələcəkdə də bu cür maarifləndirici treninqlərin keçirilməsini planlaşdırırıq ki, bu sahə haqda yazan jurnalistlərə birbaşa texniki mütəxəssislərlə tanış olaraq onlara öz suallarını verməyə imkan yaradaq", - deyə o qeyd edib.
 
Aynur Vəliyeva




01/12/14    Çap et