Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə domen adlarının sayı 280 milyona çatıb


ABŞ-ın şəbəkədə iki yüksəksəviyyəli domenin (com və .net) qeydiyyatını idarə edən “Verisign” şirkətinin məlumatına görə, 2014-cü ilin ikinci rübündə qlobal internetdə 4 milyon yüksəksəviyyəli domen adı əlavə olunub və nəticədə onların ümumi sayı 280 milyona çatıb.
 
Cari ilin yanvar-martı ilə müqayisədə domen adlarının sayı 1,4 faiz artıb. İkinci rübdə qeydiyyatdan keçən domenlərin sayı illik hesablamada 18,6 milyona (7,2 faiz) yüksəlib.
 
2014-cü ilin 30 iyununa olan vəziyyətə görə, “.com” və “.net” zonalarında qeydiyyatdan keçən ünvanların ümumi sayı 128,9 milyona çatıb ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 3,7 faiz artım deməkdir.
 
Dünyanın nəhəng domen adları qeydiyyatçısı hesabatda həmçinin öz İT infrastrukturunun artıq yüklənməsini qeyd edib. Belə ki, 2014-cü ilin ikinci rübündə “Verisign” serverləri gündəlik pik həddə çatan 204 milyard sorğunun orta hesabla 95 milyard DNS sorğusunu emal edib. İlk üç təqvim ayı ilə müqayisədə orta göstərici 11,7 faiz, maksimal göstərici 70,4 faiz yüksəlib. Gündüz vaxtı artıq yüklənmənin orta göstəricisi 18,8 faiz artıb, pik göstərici isə 16,6 faiz azalıb, - "DailyComm” yazır. 




04/12/14    Çap et