Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektronika bazarının ən böyük kateqoriyası hansıdır?


“IC Insigts” analitiklərinin proqnozuna görə, 2014-cü ildə qlobal elektron sistem bazarının həcmi pul baxımından 5% artaraq 1,49 trilyon ABŞ dolları təşkil edəcək, 2018-ci ildə bu göstərici 1,82 trilyon dollara çatacaq.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər mobil telefon seqmentini bu bazarın ən böyük kateqoriyası adlandırırlar. Cari ildə mobil telefon satışından əldə olunan gəlirin həcmi 265,2 milyard dollar və elektronika bazarının ümumi göstəricisinin 18%-ni təşkil edəcək. Müqayisə üçün, ikinci kateqoriyanın (masaüstü və noutbuklardan ibarət fərdi kompüterlər) töhfəsi 196 milyard dollar və ya 13% olacaq.

Analitiklər bildiriblər ki, FK sektoru əvvəllər satış həcminə görə lider olub, ancaq 2013-cü ildə mobil telefonlar birinciliyi ələ keçirib.

Sözügedən bazarın ən böyük kateqoriyası sırasına, həmçinin rəqəmli TV, planşet, server, avtomobil sistemləri, simsiz rabitə üçün avadanlıq, tibbi elektronika, oyun konsolları və “əşyaların interneti” daxildir.

Emil Hüseynov
 




05/12/14    Çap et