Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanada Vergi Xidmətinin elektron resursları haker hücumuna məruz qalıb


Kanada hüquq-mühafizə orqanları ölkənin Vergi Xidmətinin internet resurslarına müdaxiləyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunan 19 yaşlı Stiven Solis-Reyesə qarşı 19 əlavə ittiham irəli sürüblər. Solis-Reyes təhsil müəssisələrinin saytlarına, eləcə də xarici elektron poçt servisinə haker hücumları təşkil etməkdə ittiham olunur.
 
“Heartbleed” virus proqramından istifadə nəticəsində Kanada Vergi Xidməti elektron vergi ödənişi servislərini bağlamağa və milyonlarla vətəndaş üçün vergi bəyannamələrinin təqdim edilməsi müddətini uzatmağa məcbur olub. Xidmət bu tədbiri hökumət serverlərinə müdaxilə nəticəsində azı 652 sosial sığorta nömrəsinin məlumatının oğurlanması aşkar edildikdən sonra əl atıb. Bu, vergiləri kompensasiya etmək üçün nəzərdə tutulan informasiya olub. Vergi xidmətinin elektron resurslarından istifadə beş gün mümkün olmayıb. Bu müddət ərzində polis Stiven Solis-Reyesin izinə düşərək onu həbs edə bilib. 
 
İnformasiya texnologiyaları mütəxəssisləri qısa müddətə vergi xidmətinin proqram təminatındakı boşluqları aradan qaldırmağa nail olublar. Onların sözlərinə görə, müxtəlif İP ünvanlarından həyata keçirilən hücumlar iki sutka davam edib, - "SecurityLab” yazır.




05/12/14    Çap et