Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda virusa yoluxma halları qonşu ölkələrdən daha azdır


“Kasperski Laboratoriyası” şirkətinin virusa yoluxma halları üzrə keçirdiyi araşdırmalar nəticəsində tərtib edilmiş reytinqdə Azərbaycan 44-cü yeri tutub.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ölkədə virusa yoluxma hallarının 12376-ı OAS (On-Access Scan), 8290-ı WAV (Web Anti Virus), 7325-i  ODS (On-Demand Scan), 156-ı MAV (Mail Anti Virus), 509-u IDC (Intrusion Detection System), 230-u VUL (VLNS Vulnerability Scan) proqramları tərəfindən aşkar olunub.
 
Bu arada qeyd etmək lazımdı ki, qonşu Rusiya bu reytinqdə 1-ci, Qazaxstan – 15-ci, Ukrayna - 17-ci, Türkiyə - 20-ci, İran – 28-ci, Gürcüstan 91-ci yerdə qərarlaşıblar.

Virusa yoluxma reytinqində ilk beşliyə Rusiyadan sonra Amerika Birləşmiş Şatatları, Hindistan, Vyetnam və Almaniya daxildir.

Göründüyü kimi Azərbaycanın bu siyahıda 44-cü yerdə qərarlaşması ölkənin İKT sektorunun yetərincə inkişaf etdiyinin və təhlükəsizliyinin təmin edilməsinin göstəricisidir.
 
Aynur Vəliyeva
 




12/12/14    Çap et