Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” xidmətində səsli zənglərin sinxron tərcüməsi artıq əlçatandır (VİDEO)


Populyar “Skype” xidməti səsli zənglər zamanı danışığı avtomatik başqa dillərə tərcümə edən “Skype Translator” funksiyasının sınaq versiyasını təqdim edib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Skype səs və videokommunikasiyanı təmin etmək üçün on ildən çox müddətdə coğrafi maneələri aradan qaldırıb. “Skype” internet telefoniya xidmətində “Microsoft Research” laboratoriyasının innovasiyalarından istifadə ediləcək və bu halda dil baryeri aradan qaldırılacaq" – xidmətin nümayəndəsi belə deyib.
 
“Skype Translator”un ilkin versiyası səsli zənglər zamanı hələ ki ispan və ingilis dillərində danışığın sinxron tərcüməsini təmin edəcək.
 
 Bundan başqa, “Skype” istifadəçilərinə ani mesajların 40-dan çox dildə tərcüməsi əlçatan olacaq. Funksiyanı sınaqdan keçirmək üçün “Skype Translator” saytında qeydiyyatdan keçmək, qeydiyyat zamanı ispan dilini seçmək və xidməti “Windows 8.1” platforması ilə işləyən qurğudan işə salmaq lazımdır.
 
“Skype Translator” danışığın tanınması, avtomatik tərcümə texnologiyalarından istifadə edir.
 
Xidmət artıq sınaqdan keçirilib. Aşağıdakı çarxda Meksika və ABŞ məktəbliləri “Skype Translator” funksiyasından istifadə edərək dil baryerini aradan qaldırıblar.
 

 


Emil Hüseynov
 

 
 




16/12/14    Çap et