Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” smartfon və planşeti hibrid edib (VİDEO)


“Samsung” şirkəti “İFA 2011” Berlin sərgisində “Galaxy Note” mini-planşetini təqdim edib.

Qurğu 2 nüvəli 1.4 QHz takt tezlikli prosessorla təchiz edilib; qrafikanın emalına “Mali-400” kontrolleri nəzarət edir.

Əməli yaddaş tutumu 1 QB təşkil edir. Əməliyyat sistemi kimi “Android 2.3” platforması istifadə olunub.

Yenilik 1280×800 nöqtə kəskinlikli 5,3 düym “Super AMOLED” sensor ekranı ilə təchiz olunub; tədarük dəstinə rəsm çəkmə və qeydlərin yazılışı üçün stiloqraf daxildir. 1080p formatında yüksək dəqiqlikli videoyazma imkanı ilə 8 meqapiksellik əsas kamera və 2 meqapiksel matrislə ön kamera var.

“Galaxy Note” faktiki olaraq planşet və smartfonun hibridini təşkil edir: qurğu “HSPA+” və “LTE” mobil şəbəkələrində işləyə bilər; çəkisi 180 qramdır; korpusun qalınlığı isə 9,65 millimetrdir. Qiymət və satış müddəti haqqında hələlik heç bir məlumat verilmir.






02/09/11    Çap et