Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhlükəsiz mobil qurğular bazarının həcmi 1 milyard ABŞ dolları ötüb


“VDC Research” analitiklərinin məlumatına əsasən, 2014-cü ilin üçüncü rübündə noutbuk, planşet və mobil telefonlar daxil olmaqla bütün növ təhlükəsiz mobil qurğuların tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Onların qiymətləndirməsinə görə, bu bazarın həcmi pul baxımından 1 milyard ABŞ dollarından çox təşkil edib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ayrı-ayrı seqmentlər haqqında danışan ekspertlər bildiriblər ki, iyul-sentyabrda su, toz təsirlərinə və temperatur dəyişikliyinə dayanıqlı noutbukların tədarükü pul baxımından 10% artaraq 275 milyon ABŞ dolları olub.
 
Analitiklər təhlükəsiz planşet kateqoriyasında 12,7 faiz satış artımı qeydə alıblar ki, bu da sözügedən seqmentdə artım tempinin azalmasından xəbər verir, çünki bundan əvvəl bu seqment üçün artım göstəricisi 20 faizdən aşağı olmayıb. Bununla belə, 2014-cü ilin nəticəsinə görə bu bazarın həcminin 500 milyon dolları ötəcəyi hesab edilir.
 
Emil Hüseynov




18/12/14    Çap et