Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”un “ChatOn” messenceri “WhatsApp” və “iMessage” tərəfindən rəqabətə uduzdu


Cənubi Koreyanın “Yonhap News” xəbər agentliyi yazır ki, “Samsung” şirkəti “ChatOn” messencerini bağlamaq qərarı verib. 2015-ci il fevralın 1-dən “ChatOn” messencerinin fəaliyyəti dayandırılacaq.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “ChatOn” messenceri 2011-ci ildə istifadəyə verilib. Bu messencerin köməyi ilə çatda "təkbətək" rejimində və ya qrupda mesajlaşmaq olar. Xüsusi animasiyalı mesaj yaratmaq, əllə qeydlər yazmaq və fotoşəkillər çəkmək, şəkil və musiqini göndərmək imkanı var.
 
“ChatOn” messencerinin özəlliyi onun universallığıdır. “Samsung”un həlli “iOS”, “Android”, “BlackBerry” daxil olmaqla bütün platformalarda, həmçinin kompüterdə işləyə bilər.
 
Bununla belə, “ChatOn” messenceri geniş populyarlıq əldə etməyib və onun bazar payı cüzidir.
 
Emil Hüseynov
 




20/12/14    Çap et