Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qərbi Avropada fərdi kompüterlərin satış həcmi 15,6 faiz yüksəlib


"Context" şirkətinin hesablamasına görə, cari ilin yanvar-noyabrında Qərbi Avropa ölkələrində fərdi kompüterlərin (FK) satış həcmi 15,9 faiz yüksəlib.

"ICTnews" elektron xəbər xidməti "it-weekly.ru" saytına istinadən bildirir ki, cari ildə sözügedən regionda FK satışlarının yüksəlişi üçüncü rübün payına düşüb.

Satış həcminin artmasının əsas hərəkətverici qüvvəsi korporativ sektor olub. 2014-cü ilin ikinci rübündə biznes seqmentində FK satışlarının həcmi 29,8 faiz yüksəlib, amma ilin ikinci yarısında artım bir qədər zəifləyib. Hesabat dövründə masaüstü FK üçün monitor satışlarının həcmi 10 faiz artıb.

Ayrı-ayrı ölkələrə gəlincə, Almaniyada FK satışlarının həcmi 17,6, Böyük Britaniyada 10.7 və  İtaliyada 14.6 faiz yüksəlib. Fransa və İsveçdə bu göstərici müvafiq olaraq 14.2 və 11.2 faiz olub. İspaniya və Avstriya 25 faizdən yuxarı nəticə göstərib. Danimarkada bu göstərici 9 faiz olub.

Emil Hüseynov




22/12/14    Çap et