Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Çindən Şimali Koreya hakerləri ilə mübarizə üçün yardım istəyib


ABŞ Prezidenti Barak Obama Administrasiyası Çindən Koreya Xalq Demokratik Respublikası (KXDR) hakerləri ilə mübarizə aparmaq üçün yardım istəyib. ABŞ hakimiyyətinin fikrincə, məhz KXDR kibercinayətkarları “Sony Pictures” şirkətinə hücum edərək məxfi məlumatları oğurlayıblar.
 
ABŞ tərəfi üçün bu yardım böyük əhəmiyyət kəsb edir, çünki KXDR rabitə sistemləri Çinin nəzarətində olan şəbəkələr vasitəsilə fəaliyyət göstərir. Lakin rəsmi Pekin Vaşinqtonun xahişinə hələ ki cavab verməyib.
 
Ümumiyyətlə, Çinin ABŞ-a yardım etməyə razılıq verəcəyi də naməlumdur. Belə ki, iki ölkə arasında kompüter təhlükəsizliyi sahəsində münasibətlər kifayət qədər gərgindir, tərəflər bir-birinə qarşı tez-tez qarşılıqlı kibercasusluq ittihamları irəli sürürlər. 2014-cü ilin mayında ABŞ Ədliyyə Nazirliyi Çinin özəl şirkətlərin şəbəkəsinə müdaxilədə şübhəli bilinən beş məmurunu ittiham edib.
 
“Sony Pictures” şirkətinə haker hücumu nəticəsində isə internetə satışa hələ çıxarılmayan filmlərin ssenariləri sızdırılıb, - “Vesti” yazır.




22/12/14    Çap et