Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Birləşmiş Ərəb Əmirlikləri aviaşirkəti sərnişinləri pulsuz "Wi-Fi” ilə təchiz edəcək


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Emirates" aviaşirkəti təyyarələrin göyərtəsində internetə "Wi-Fi" şəbəkəsi ilə çıxışı tam pulsuz etməyi planlaşdırır. Hazırda 10 meqabayt tutumlu pulsuz paket yalnız "A380" avialaynerinin sərnişinlərinə təqdim olunur.  
 
Reysləri digər tipli təyyarələrlə yerinə yetirən aviasəyahətçilər şəbəkəyə qoşulmaq üçün simvolik 1 dollarlıq tarif ödəyirlər.
 
"Biz təyyarə göyərtəsində internetə çıxış üçün simvolik ödənişin ləğv edilməsi üçün əlimizdən gələni edirik, lakin hazırda bu, avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən tətbiq edilən məhdudiyyətlərlə əlaqədar 1 dollar təşkil edir", - "Emirates"in məlumatında deyilir.
 
Göyərtədə internetə çıxış üçün sərnişinlər tərəfindən ödənilən vəsaitlərin hamısını aviaşirkət aztəminatlı ailələrdən olan uşaqların həyat səviyyəsini yaxşılaşdırmaq üçün "Emirates Airline Foundation" fonduna yönəldir.
 
Hazırda "Wi-Fi"dan aviaşirkətə məxsus 56 "Airbus 380"  və 30 "Boeing 777" tipli təyyarənin göyərtəsində istifadə mümkündür, - "IT Expert" yazır. 




26/12/14    Çap et