Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sayt idarə sisteminin 6 yaşı tamam oldu


Məşhur “Joomla” sayt idarə sisteminin 6 yaşı tamam oldu. “Joomla”- bu, “PHP” və “MySQL”-ə əsaslanan açıq kodlu pulsuz layihədir.

Bu “CMS” (Content Management System) vasitəsilə praktik olaraq istənilən tip saytları: onlayn KİV, korporativ portallar, biznes layihələr, cəmiyyətlərin saytları, şəxsi veb-səhifələr və s.

yaratmaq olar. “Joomla” praktik olaraq istifadəçidən heç bir texniki bacarıq tələb etmir; saytı idarəetmə maksimal dərəcədə sadələşdirilib və vizual rejimdə həyata keçirilir.

Hal-hazırda “Joomla” dünyada ən məşhur sayt idarə sistemlərindən biridir. Son məlumatlara əsasən, mühərrik artıq 25 milyon dəfədən çox yüklənib və rəsmi kataloqda genişlənmələrin sayı bu yaxınlarda 8 mini ötüb.




02/09/11    Çap et