Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Slon” saytı üzərindən virus yayıblar


Hakerlər “Slon” internet nəşrinin saytını sındıraraq onun üzərindən virus yayıblar.  

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “slon.ru” saytına daxil olduqda istifadəçilər “Adobe Flash Player köhnəlib” bildirişi və proqramın yeni versiyasına daxil olmaq üçün linklə rastlaşırlar. 
 
“Slon” sosial şəbəkələrdə istifadəçilərinə xəbərdarlıq edib ki, onlar bu linkə daxil olmasınlar.
Hazırda saytın istifadəçilərinin bir hissəsi hələ də “Adobe Flash Player” yeniləməyə çağıran bildirişi, digər istifadəçilər isə “Üzr istəyirik, saytda texniki işlər aparılır” müraciəti ilə rastlaşırlar.

Hücumun mənbəyi məlum deyil. Lakin “Slon” nümayəndələri “Twitter”də yazıb ki, hücuma Koreya Demokratik Xalq Respublikası haqda dərc edilən məqalə səbəb ola bilər. Belə ki, nəşr Kim Çen İnin Şimali Koreyanı necə dəyişdiyi haqda məqalə dərc edib.
 
Aynur Vəliyeva
 




27/12/14    Çap et